Məmmədyarov İddiaçılar Turnirinə qələbə ilə başlayıb

Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

Azadinform-un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinlə qarşılaşıb.

Görüş 72-ci gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0.

Turun digər görüşləri belə nəticələnib:

Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0

Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0.

İlk turdan sonra Şəhriyar Məmmədyarov Fabiano Karuana və Vladimir Kramniklə birgə turnir cədvəlinə başçılıq edir.

II turda Məmmədyarov ağ fiqurlarla Aronyanı sınağa çəkəcək. Bundan başqa Qrişuk - So, Lijen - Karuna və Kramnik - Karyakin görüşləri keçiriləcək.

11.03.2018 14:43 / Baxılıb: 259 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo