Mançester Yunayted Liverpulu məğlub edib

Martın 10-da “Mançester Yunayted” – “Liverpul” matçı ilə futbol üzrə İngiltərə Premyer Liqasının XXX turuna start verilib.

Azadinform xəbər verir ki, “qırmızı şeytanlar” doğma meydanda - “Old Trafford” stadionunda gərgin idman mübarizəsi şəraitində keçən oyunda 2:1 hesabı ilə qalib gəliblər. Qarşılaşmada hesabı meydan sahibləri açıblar. Matçın 14-cü dəqiqəsində Markus Raşford fərqlənib. Bu qoldan on dəqiqə sonra M.Raşford özünün və komandasının ikinci qolunu “Liverpul”un qapısından keçirib - 2:0. İlk hissə bu hesabla da başa çatıb.

Görüşün 66-ci dəqiqəsində “Liverpul” qollardan birinin əvəzini çıxıb. Mançesterlilərin müdafiəçisi Erik Baili avtoqol sayəsində “Liverpul”un hesab arasındakı fərqin azalmasında mühüm rol oynayıb - 2:1. Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb və matç “Mançester Yunayted”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“Mançester Yunayted” bu qələbədən sonra 65 xalla ikinci pillədəki yerini möhkəmləndirib. “Liverpul” isə 60 xalla üçüncü pillədə qərarlaşıb.

Premyer Liqaya aktivində 78 xal olan “Mançester Siti” klubu liderlik edir.

10.03.2018 22:18 / Baxılıb: 373 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo