Sumqayıt səfərdə Səbailə qalib gəlib

Martın 10-da Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Səbail” klubu “Bayıl Arena”da “Sumqayıt” komandası ilə qarşılaşıb.

Azadinform xəbər verir ki, baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda Sumqayıt təmsilçiləri minimal hesabla qalib gəliblər. Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçsə də, qapılara qol vurulmayıb. Fasilədən sonra qonaqlar hesabı açıblar. Oyunun 69-cu dəqiqəsində Amil Yunanov topu rəqib qapısından keçirib. Görüşdə başqa qol qeydə alınmayıb və matç qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, 1:0 hesabı ilə qalib gələn “Sumqayıt” xallarının sayını 31-ə çatdıraraq dördüncü sıradakı mövqeyini möhkəmləndirib. “Səbail” isə 17 xalla beşinci pillədə qərarlaşıb.

Tura “Qarabağ”–“Zirə” oyunu ilə yekun vurulub.

10.03.2018 21:44 / Baxılıb: 256 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo