Cəlilabadda qəza nəticəsində bir nəfər xəsarət alıb

Cəlilabad rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, yol qəzası nəticəsində rayonun Alaşar kənd sakini, 1988-ci il təvəllüdlü Babayev Pərviz Abış oğlu xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilərək, Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

10.03.2018 20:13 / Baxılıb: 291 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo