Bir ay avtonom işləyən telefon təqdim edilib

“Energizer” şirkəti “Power Max P20” adlı yeni telefonunu təqdim edib. 

Qurğu müasir smartfonlardan mexaniki klaviaturanın mövcudluğu ilə fərqlənir. Aparat 4000 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilib.

Azadinform life.ru saytına istinadən yazır ki, yeni telefon gözləmə rejimində 31 günədək işləyir. Həmçinin istifadəçilər 40 saatadək fasiləsiz danışa bilərlər.

Qurğu 2,8 düymlük ekrana malikdir. Həmçinin yeni telefonu smartfon üçün yığcam akkumulyator kimi istifadə etmək mümkündür: telefon tam ölçülü USB konnektorla təchiz edilib. Qurğu 2018-ci ilin ikinci rübündə təqdim ediləcək.

10.03.2018 19:19 / Baxılıb: 301 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo