Prezidentin köməkçisi: Dəyərlərin müdafiəsində Mətbuat Şurası yaxından iştirak etməlidir

AZADİNFORM. “Bəzi hallarda ədəbi dil normalarını pozurlar, yad təsirlərlə çirkləndirirlər. Dəyərlərin müdafiəsində Mətbuat Şurası yaxından iştirak etməlidir”.

Azadinform-un xəbərinə görə, bunu Mətbuat Şurasının VII qurultayında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

O, milli-mənəvi dəyərləri bilməyən adamlarla bağlı təəssüfünü bildirib: “Ailənizə rəva görmədiyiniz məsələni cəmiyyətə yaymayın, əksinə, belə edənlərə qarşı cəbhə açmalısınız”.

Prezidentin köməkçisi qeyd edib ki, bəzi şəxslər ölkədən qaçıb Azərbaycanın simvollarını təhqir edirlər: “Həmin şəxslər xaricə gedən kimi onların pasportlarını alırlar, Azərbaycana qarşı təlimatlandırırlar. Azərbaycan mətbuatı isə susur, buna jurnalistlər xüsusi diqqət etməlidir. Baxın, həmin insanlardan valideynləri də imtina ediblər. “Facebook”un imkanlarından istifadə edərək, çirkab yağdırırlar. Onlara qarşı ilk olaraq media dirəniş göstərməlidir”.

Ə.Həsənov bildirib ki, reket jurnalistlərlə bağlı Mətbuat Şurası siyahı hazırlayıb: “Məni təhdid edirlər. Deyirlər ki, Əli Həsənov çörəyimizə bais olur. O insanları doğru yola dəvət edirəm. Olan və olmayan kompromat toplayıb insanları şantaj etmək yaxşı bir hal deyil. Bu işin axırı yoxdur. Siz özünüzü təhdid etdiyiniz insanların yerinə qoyun. Mən o insanlarla mübarizə aparmıram, onları doğru yola çağırıram”.

O vurğulayıb ki, Mətbuat Şurasının “qara siyahı”sında olan media orqanlarının əməkdaşlarının bundan sonra da adları mənzil alan şəxslərin siyahısına daxil edilməyəcək.

10.03.2018 13:28 / Baxılıb: 307 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo