Qurban Qurbanov Ufuk Budakı milliyə qaytardı

Türkiyə I Liqasında çıxış edən “Samsunspor” klubunda çıxış edən Ufuk Budak yenidən Azərbaycan millisinə dəvət alıb.

Azadinform xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə müdafiəçinin millimizin Belarus və Makedoniya ilə yoxlama oyunlarına dəvət aldığı qeyd edilib.

28 yaşlı futbolçu martın 18-də, “Boluspor”la görüşdən sonra Bakıya gələrək, millinin düşərgəsinə qoşulacaq. 

2011-ci ildən millimizin üzvü olan Ufuk, 17 görüşdə yığmamızın şərəfini qoruyub. O, sonuncu dəfə 2016-cı il mayın 26-da keçirilmiş Andorra ilə yoxlama oyununda (0:0) millimizin formasını geyinib. 

10.03.2018 12:08 / Baxılıb: 199 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo