Ermənistanda yeni seçilmiş prezident oyuncaq kimidir

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycan və Rusiyada prezident seçkilərindən sonra yaranan vəziyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesinə təkan verəcək.

Bu fikri Azadinform-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq deyib ki, amma danışıqlar prosesinin hansı ümumi nəticələrə gətirib çıxaracağını demək çətindir: “Hesab edirəm ki, ermənilərlə razılıq əldə etmək çətin olacaq, bəlkə də mümkün olmayacaq. Ermənilər Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşma siyasəti aparır”.

Politoloq qeyd edib ki, Ermənistanda yeni seçilmiş prezident Armen Sarkisyan oyuncaq kimidir: “Onun heç bir səlahiyyəti yoxdur. Yalnız dövləti təmsil edən bir adam olacaq. Ermənistanda Prezidentin indiyədək olan səlahiyyətlərinin 90%-i baş nazirə keçəcək. Hətta danışıqlar prosesini də baş nazir aparacaq”.

9.03.2018 13:59 / Baxılıb: 220 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo