5-ci kolonun növbəti mitinq hoqqabazlığı

Məlum olduğu kimi, “5-ci kolon” adlanan və Qərbdən idarə olunan radikal müxalifət partiyası AXCP prezident seçkilərində iştirakdan imtina edərək boykot taktikasını seçib və bunun ardınca da mitinq elan edib. Bu mitinqə özlərindən başqa heç kimin gəlməyəcəyini bildikləri halda burada məqsədləri nədən ibarətdir? Əlbəttə ki, seçkidən istifadə edib Qərb fondlarından daha çox pul qoparmaq üçün bir az şou göstərmək lazımdır. Bu aydın məsələdir. Biz digər bir məsələyə də aydınlqı gətirməliyik. Radikal müxalifət seçkidən niyə qaçır? Axı seçkiyə getsəydilər daha çox pul qopara bilərdilər. Bu yazıda bu suala cavab verməyə çalışmışıq.

Hələ ötən seçkilərdən sonra ölkənin ənənəvi müxalifət partiyaları və onların əməkdar sədrlərinin ictimai reytinqinin az qala sıfır səviyyəsində olduğu ortaya çıxmışdı. Düzdür, ondan əvvəlki seçkilərdə də müxalifət böyük uğursuzluğa düçar olmuşdu və cüzi səs faizi toplayaraq özlərinin ölkədəki reytinqlərinin nə dərəcədə aşağı olduğunu özləri də istəmədən cəmiyyətə çatdırmışdılar. 1993-cü ildə artıq iflasa uğramış radikal strategiya özünün labüd məhvə düçar olduğunu həmin vaxtdan bəri keçirilən bütün seçkilərdə göstərmişdi. Ölkə müxalifəti nəinki prezident və parlament seçkilərində, hətta, bələdiyyə sekilərində belə nəzərəçarpacaq nəticə göstərə bilmirlər. 

Image result for milli şuranın son mitinqi

Radikal müxalifət düşərgəsində sıralar getdikcə seyrəlir, parçalanma və didişmələr düşərgəni faktiki fiaskoya uğradıb. Bu proseslərdə (müxalifətdaxili parçalanmalar və xəyanətkarlıq) ən aktiv rol oynayan radikallardan biri də Əli Kərimov olub - bir vaxtlar öz lideri və ağsaqqalı Əbülfəz Elçibəyə belə xəyanət etmiş adam! Özünün liderlik ambisiyalarını hər şeydən üstün tutan Əli Kərimov digər rəqiblərini ləkələmək, partiyalararası qarşıdurmalar yaradaraq onları zəiflətmək və son nəticədə özünün müxalifətin perspektivli lideri imicini yaratmaq üçün çalışan siyasətbazlardan biri idi. 

Maraqlı orasıdır ki, indiyədək öz siyasi fəaliyyətini heç kimə güzəştə getmədən quran və yalnız öz ambisiyalarına uyğun işlərlə məşğul olan Əli bəy indi niyə namizədliyini irəli sürüb müxalifətin əsas namizədi statusunu qazanmaq imkanından geri çəkilir? Məsələ heç də liderlik iddiasından çəkilmək deyil, məsələ bir az başqa cürdür.

Əli bəy hətta balaca bir qərargahı belə olmayan nüfuzsuz bir partiyanın sədri kimi heç siyasi və sosial elektorata malik olmadığını anlayır. Artıq tamamilə siyasi iflasa düçar olan radikal liderlərin hamısı kimi Əli bəy də builki seçkidə ən mimimum səs faizi belə toplaya bilməyəcəyini gözəl anlayır. O zaman özünü daha da rüsvay etməyə, seçkidən sonra hətta siyasətdən danışmağa belə haqqını belə itirməyə nə hacət var? Axı seçkiyədək “bizim böyük elektoratımız var”, “sosial bazamız böyükdür”, “tərəfdarlarımız çoxdur” kimi iddialarda olan liderlərdən soruşacaqlar ki, bəs, hanı sizin dedikləriniz? Bunu həm də beynəlxalq təşkilatlar və qrant verən təşkilatlar da soruşacaqlar. O zaman təkcə siyasi ölüm deyil, həm də mənəvi ölüm anı olacaq və bu adamlar siyasi səhnədən birdəfəlik və rüsvayçı şəkildə silinib, ən yeni siyasi tariximizin qara səhifələrində yaşayacaqlar. 

Image result for milli şuranın son mitinqi

Bunları Kərimov yaxşı bilir. Elə o səbəbdən də yeganə çıxış yolu kimi baykotu seçir. Axı yarışda iştirak etməyənə necə demək olar ki, sən uduzmusan? Məsələnin məntiqi izahı və səbəbləri məhz bundadır. Bəs özünün iştirak etməyəcəyi seçkidə ciddi-cəhdlə digər müxalifət liderlərini də iştirak etmək fikrindən daşınmağa çalışmasını necə şərh etmək olar? Çox rahat bir məntiqlə. Əli bəy ortalıqda həmməslək rəqiblərindən heç birinin namizədliyi ona görə görmək istəmir ki, onların seçki kompaniyasından istifadə edərək özlərinə və partiyalarına müəyyən reytinq yığmalarına çalışacaqlarını gözəl bilir. O zaman Əli bəy özü kölgədə qalacaq və demək olar ki unudulacaq. Çünki namizədlər onlara yaradılmış imkanlardan maksimum istifadə edərək özlərini təbliğ edəcək və media tribunasından çıxış edərək gündəmdə qalmağa çalışacaqlar. Bu da Qərb fondlarından axan pulların bölüşdürülməsində yeni qaydaların müəyyənləşməsinə gətirib çıxara bilər.

Yuxarıda qeyd etdiklərimiz radikalların hansısa yeni oyuna başlamaq niyyətində olduqlarını göstərir. Gülməlisi isə odur ki, bu adamlar hələ keçirilməmiş seçkinin demokratikliyini şübhə alıtına almağa çalışırlar. Belə bir analoq dünya təcrübəsində rast gəlinməyən hadisədir. Çünki seçkilər bitməmiş onun nəticələri barədə kimsə nəsə deyə bilməz. 

Təyin olunmuş mitinqin də keçiriləcək seçki prosesinə heç bir təsiri ola bilməz. İndiyə qədər keçirililmiş aksiyalarına bir neçə yüz, ən yaxşı halda 1-2 min nəfərdən artıq tamaşaçı cəlb edə bilməyən qüvvənin bu mitinqdə də biabır olacağına şübhə yoxdur.

AXCP-nin baykotundan və Əli Kərimovun iştirak edib-etməməsindən asılı olmayaraq Azərbaycanda növbəti dəfə demokratik seçkilər keçiriləcək. Proses şəffaf geçəcək, bütün beynəlxalq müşahidəçilərin gözü qabağında vətəndaşlar istədiyi namizədə səs verəcəklər. Bunlar isə köhnə bayatıları çala-çala gəzərək Qərbdən bir qədər artıq pul qoparmağın daha hansı yollarının olması haqda düşünəcəklər.

Bu mitinq də artıq bu pulların qərbdən şərqə istiqamətində axmağa başladığını göstərəcək. İştirakçıların sayı ilə buna ayrılan vəsaiti təxmin etmək mümkün olacaq.

 

Elçin 

9.03.2018 12:55 / Baxılıb: 470 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo