Əli Kərimli və onun 5-ci kolonu özünü necə rüsvay etdi? - 3 FAKT

Prezident seçkilərinə qalan vaxt azaldıqca çarəsizliyini daha aydın dərk edən radikal müxalifət qüvvələri artıq axırıncı yola əl atıblar. 

Seçkidə heç 5 faiz də səs qazana bilməyib rüsvay olacaqlarını yaxşı dərk etdiklərindən namizədliklərini irəli sürməyə belə cəsarətləri çatmayan bu “amerikanski” müxalifət lderləri “suda boğulan saman çöpündən yapışar” misalında olduğu kimi ölkədə baş verən yanğın, ölüm və s. hadisələrdən bəhrələnməyə çalışmaqla kifayətlənməyib, həm də özləri tabeçiliklərində olan şəxslər vasitəsilə təxribatlar törətməyə cəhd göstərirlər.

Məlum olduğu kimi, dünyanın bütün ölkələrində tez-tez qəza, təbii fəlakət, terror, məişət cinayətləri kimi hadisələr baş verir. Belə hadisələrin ən az baş verdiyi ölkələrdən biri də Azərbaycandır. Buna baxmayaraq, hakimiyyəti ciddi məsələlərdə günahlandırmaq üçün tutarlı fakt və əsas tapa bilməyən bu “5-ci kolon” mənsubları hər hadisəni hakimiyyətin üzərinə yıxmağa çalışır, sanki bir növ öz gücsüzlüklərinə görə acıq çıxmağa çalışırlar. Belə hərəkətlərdən bəzlərinə nəzərə salaq. 

Məlum olduğu kimi, bir neçə gün əvvəl Narkoloji Dispanserdə yanğın hadisəsi baş verdi. Dispanserin yanğın olan korpusu daha çox taxta konstruksiyalı olduğundan yanğın sürətlə böyüdü və faciəyə səbəb oldu. Bu müsəsisə əsasən qapaıl tipli olduğundan və burada bəzi məhkumların da qapalı şəraitdə saxlandığından xəstələrdən 24 nəfərini xilas etmək mümkün olmadı. 

Yanğın baş verən kimi müxalifət saytları və sosial şəbəkə səhifələri bu hadisənin hakimiyyət tərəfindən qəsdən törədilməsi haqda saysız ittihamlarla çıxış etməyə başladı. Biri yazırdı ki, bəs, hansısa məmur bu dispanserin yerində biznes mərkəzi tikəcək və yanğın ona görə törədilib. O biri yazırdı ki, bəs, dövlət bu xəstələrə vəsait xərcləmək istəmədiyindən qəsdən yanğın törədib ki, xəstələr ölsün. Digəri yazırdı ki, bu yanğın diqqəti seçkidən yayındırmaq üçün (?) törədilib və s.

“5-ci kolon” mediasında işləyənlərin savadsız və təcrübəsiz gənclər olduğunu nəzərə alıb onların diletant yanaşmasını və hadisəni qərəzli şəkildə hakimiyyətin üzərinə yıxma cəhdini başa düşmək olardı. Lakin bunların ardınca kolonun “xaç atası” Əli Kərimli cənablarının bəyanatı oxuyanları heyrətə saldı. İndiyədək bəzilərinin ciddi şəxs kimi qəbul etdiyi bu adam elə bir yanaşma qoydu ki, tarixdə analoqu yoxdur. Feysbuk səhifəsində yazdı ki, yanğın hakimiyyət tərəfindən törədilib və burada məqsəd həmin binanın yerində hansısa məmurun obyekt tikməsinə imkan yaratmaqdan ibarətdir. 

Yazılan şərhlərin 90 faizində buna etiraz olunur və qeyd olunurdu ki, seçkiqabağı həssas məqamda hakimiyyət tərəfindən belə addım atılacağı ehtimalı sıfırın belə altındadır, əksinə eyni məntiqlə bunu müxalifətin törətməsi daha inandırıcı görünərdi. Həmçinin, qeyd olunurdu ki, hakimiyyət əgər istəsə sadəcə bu dispanseri başqa yerə köçürər və ərazidə istənilən tikilini reallaşdıra bilərdi, daha seçkiqabağı belə dəhşətli faciəni törədib ölkədə niyə gərginlik yaratsın ki.?! Lakin bu suallara Əli bəy cənabları heç bir cavab verə bilmədi, təbii ki məntiqdən, ağıldan, faktdan kənar iddia olduğunu özü də başa düşürdü.

Bundan iki gün keçməmiş aparılan istintaq zamanı yanğının əsil səbəbi müəyyənləşdi və məlum oldu ki, yanğını narkotik asılılıqdan əziyyət çəkən bir xəstə, ailəsi tərəfindən burada müalicəyə yatırılmasına etiraz etmək məqsədilə törədib. Bu, kamera görüntüləri və hadisəni törədənin öz etirafı ilə də qəti təsdiq olundu. Və “5-ci kolon”un xaç atası özünü növbəti dəfə rəzil və rüsvayçı vəziyyətə salmış oldu.

Bunun ardınca Sumaqayıtda bir binanın pəncərəsiz zirzəmisini kirayə götürüb ordan ev kimi istifadə edən bir ailənin dəm qazından boğulub ölməsini də hökumətin günahı kimi qələmə verməyə çalışdılar ki, bəs qazın tərkibinə nəsə xüsusi zəhərli maddə qatılırmış ki, əhali zəhərlənib ölsün (?) Aparılan araşdırma zamanı məlum oldu ki, qapalı zirzəmini kirayə götürən ailə qazın tərkibindəki naməlum zəhərli maddədən yox, hava çıxan yer olmadığı üçün evdə yığılan dəm qazından zəhərlənib və 6 üzvünün hamısı ölüb. 

Burda məsuliyyət daşıyan iki tərəf varsa, heç biri hökumət orqanı deyil. Biri bu zirzəmini ev adı ilə kirayəyə verən şəxs, digəri də onu mənzil kimi kirayəyə götürüb qapalı yerdə qaz cihazı işlədən ailə başçısı. Bu hadisədə də bu ağıldankəmlərin gülünc ittihamı faktlarla təkzib olundu və daha bir dəfə rüsvay oldular. 

Daha bir rüsvayçılıq isə bunlardan da qabaq baş vermişdi. Bu hadisənin digər ikisindən fərqi odur ki, bunu həmin qüvvələrin özü törədib hakimiyyəti nüfuzdan salmaq üçün istifadə etməyə çalışdılar.  Hansısa xarici ölkəyə köç etmiş və orada yerli hökumətdən siyasi qaçqın adi ilə müavinət alıb müftəxor həyat tərzi keçirməyə çalışan və buna görə də Azərbaycan dövlətinin əleyhinə ağzına gələni yağdıran bir şəxsin guya burada atasının qəbrini təhqir ediblərmiş və bunu da o şəxs hakimiyyətin üzərinə yıxmağa çalışırdı. Bu fakt üzrə də aparılan araşdırma göstərdi ki, deyilən qəbir onun atasına aid deyil və ümumiyyətlə bu hadisə qurmadır. Bundan da radikal müxalifət bir neçə gün çığır-bağır salıb insan hüquqları, mənəvi dəyərlər kontekstində qaraqışqırıq salmaq və şou göstərmək üçün bəhrələndi,  amma 2 gün keçməmiş bu qurma iş də ifşa olunan kimi səsləri kəsildi.

Ümumiyyətlə, belə faktları çox misal göstərmək olar, lakin biz son üçünü göstərdik ki, bunların özlərini nə dərəcədə rəzil vəziyyətə saldıqlarını oxucu aydın görə bilsin və növbəti qurbanlar bu qrant dəllallarının toruna düşməsin. Daha yeni-yeni gəncləri aldadıb müxalifətçilik oyunu oynayıb qərbdən bunun müqabilində aldıqları pulları həzm rabedən keçirib həmin gənclərin gələcəyini məhv edə bilməsinlər.

 

Elçin Bayramlı

9.03.2018 11:31 / Baxılıb: 1689 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo