İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb

Adəm Abbaslı/AZADİNFORM. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Azadinform-a bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, 1 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vəliyev Şöhrət Vəlixan oğluna dostu Salyan rayon sakini Şirəliyev Asif Yadulla oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilərkən ədyalın içərisində 0.463 qram narkotik vasitə - tiryək aşkarlanıb.

Qeyd olunan faktla bağlı araşdırma aparılır.

9.03.2018 11:11 / Baxılıb: 146 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo