Yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb

AZADİNFORM. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən teplovozdan yanacaq oğurlamağa cəhd göstərən şəxslər saxlanılıb.

Bu barədə Azadinform-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, martın 7-də Keşlə Dəmiryolu stansiyasının ərazisində teplovozdan 60 litr dizel yanacağı oğurlamağa cəhd göstərən 2 nəfər Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların maşinist və köməkçisi olduqları müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

8.03.2018 14:07 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo