Kirpi suda batmır - Və insanın təəccübünə səbəb olan digər 34 maraqlı fakt

Ləman Hüseynzadə / AZADİNFORM. Dünyada insanların təəccübünə səbəb olan bəzi maraqlı gerçəklər var. Azadinform onlardan bir neçəsini təqdim edir:

 

– Bal xarab olmayan yeganə qidadır. 

 

– Yarım kg  bal  hazırlanması üçün arılar 2 milyondan artıq çiçəyin əsasını toplamaq məcburiyyətindədirlər.

 

– Bir kilo limonda bir kilo çiyələkdən daha çox şəkər var.

 

– İnsan ildə ən az 1460 ədəd yuxu görür.

 

– Xiyarın tərkibinin 96 faizi sudur.

 

– Buqələmunların dili bədənlərindən iki qat uzundur. 

 

– Göytürklər turşuyan qatığın turşuluğunu azaltmaq üçün üzərinə su töküblər. Beləliklə özləri də bilmədən ayranı kəşf ediblər.

 

– Liftdə güzgü qoyulmasının əsas səbəbi qapılar açılarkən kabinənin yerində olduğunu görməkdir.

 

– Dünyada 4300-ə yaxın fərqli din var.

 

– Qiymətli daşların çoxu bir neçə elementin birləşməsindən meydana gəlir, yalnız brilyant tamamilə karbondan əmələ gəlir.

 

– “Santa Klaus”un paltarı əslində yaşıl rəngdədir. Ancaq bir kola markası onu qırmızı-ağ olaraq dünyaya tanıdıb.

 

– Alma, soğan və kartofun dadı eynidir. Yalnızca qoxuları fərqlidir. Əslində hamısı şirindir.

 

– Dünyanın ən sürətli böyüyən bitkisi bambuk ağacıdır. Ağac gündə 90 santimetr uzanır.

 

– Dünyada ən çox satılan telefon “Nokia” markasının 2003-cü ildə satışa çıxardığı, 250 milyon ədəd satılan “Nokia 1100”dır.

 

– İnsanın saçı üç kilo ağırlıq qaldıra biləcək gücdədir.

 

– Ölüm anında toxunma və görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra insan beyni 2 dəqiqə boyunca səslər qəbul edilə bilir.

 

– İnsanlar yuxuladığı zaman qoxu ala bilmirlər.

 

– Yuxusuzluq şikayəti ilə həkimə müraciət edən insanların IQ səviyyəsinin normadan yüksək olduğu müşahidə edilir.

 

– İnsan həyatı boyu orta hesabla 22 kq dəri itirir. 

 

– Səudiyyə Ərəbistanda bir qadın həyat yoldaşına qəhvə düzəltməzsə, bu boşanma səbəbidir.

 

– Qarışqalar heç yatmazlar.

 

– Niaqara şəlaləsindən düşüb sağ qala bilən ilk insan Bobbi Liç evdə portağal qabığına basaraq yıxılıb və daxili qanaxma səbəbi ilə dünyasını dəyişib.

 

– Dəniz atı dünyanın ən sədaqətli canlısıdır. Çünki həyat yoldaşı öldükdən qısa bir müddət sonra o da ölür.

 

– Ördəyin səsi əks-səda vermir.

 

– Ən böyük quş yumurtası dəvəquşunundur. Yumurta 15-20 santimetr uzunluğunda və ortalama 1,7 kiloqram ağırlığındadır. Qaynadılaraq bişirilməsi isə 40 dəqiqə çəkir.

 

– Delfinlər gözləri acıq yatırlar.  

 

– Ən ağıllı canlılardan biri olan qarğalar, insanlar kimi yaşlı valideynlərini illər sonra gedib ziyarət edirlər. 

 

– Heyvanlar aləmində təkcə donuzlar günəşdən yana bilir.

 

– Dəniz atları erkəkləri hamilə olan yeganə canlı qrupudur.

 

– Aslanlar bir gündə 50 dəfə sevişə bilirlər.

 

– Kirpi suda batmır.

 

– Ağcaqanadlar əllərini ovuşdurub başlarından keçirmə hərəkətini, uçarkən əllərinə yapışan molekulları təmizləmək məqsədi ilə edirlər.

 

– Sarışınların əsmərlərlə müqayisədə daha çox saçları var. 

 

– Bir kişi orta hesabla həyatının 3350 saatını üz qırxmağa sərf edir.

 

– İsti su soyuq sudan daha ağırdır.

7.03.2018 11:55 / Baxılıb: 1845 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo