Çukurun aktyoru vəfat etdi

Ləman Hüseynzadə / AZADİNFORM. “Eşkıya Dünyaya Hükümdar Olmaz”, “Kurtlar Vadisi”, “Filinta” və son olaraq “Çukur” filmində rol alan aktyor Harun Kandemir vəfat edib.

Azadinform xəbər verir ki, 35 yaşlı aktyor ailəsi ilə birlikdə yemək yedikdən sonra anidən yerə yıxılıb. Aktyorun yerdə hərəkətsiz qaldığını görən ailəsi dərhal təcili yardıma müraciət edib və hadisə yerinə gələn tibb işçiləri Kandemirin vəfat etdiyini bildiriblər.

Prokurorluq tərəfindən aktyorun cansız bədəni üzərində araşdırmalar aparılır.

6.03.2018 17:05 / Baxılıb: 479 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
    13.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo