Özcan Dəniz 25 yaşlı sevgilisi ilə evlənir

Ləman Hüseynzadə / AZADİNFORM. Müğənni, aktyor Özcan Dəniz 7 aylıq hamilə olan sevgilisi Feyza Aktanla ailə qurmağa hazırlaşır.

Azadinform xəbər verir ki, cütlük martın ilk həftəsində nikah masasına əyləşəcək. 

Nikahın Özcanın Zekeriyaköydəki villasında keçiriləcəyi bildirilir. Gecədə ailə üzvləri və yaxın dostlar daxil olmaqla 20 nəfər iştirak edəcək. Cütlük “İstanbullu gəlin” serialının finalından sonra isə toy edəcək.

Qeyd edək ki, Feyza ilə Özcan iki ildir sevgilidir və Aktan Dənizdən 20 yaş balacadır.

27.02.2018 17:00 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.04.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo