Hollivudun tanınmış aktrisası ölüb

Samir Soltanov/AZADİNFORM. Hollivudun tanınmış aktrisa və müğənnisi Nanett Fabrey vəfat edib. 

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, 97 yaşlı aktrisa Kaliforniyada öz evində ölüb. 60-a yaxın filmdə çəkilən aktrisa son dəfə 2009-cu ildə rol alıb.  N.Fabrey karyerası ərzində üç “Emmi” və “Tonu” mükafatlarına layiq görülüb. 

Qeyd edək ki, 1960-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub. 1986-cı ildə isə ABŞ kino aktyorlarının Qildiya mükafatına layiq görülüb.

24.02.2018 09:58 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo