Tramp ABŞ-a gələn miqrantları ilana bənzətdi

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlara gələn miqrantları növbəti dəfə aşağılayaraq onları sinədə bəslənilən ilana bənzədib.

Azadinform xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri ona Amerikanı sevən və işləyən insanların lazım olduğunu bildirib.

Vaşinqtonda islahatçıların qarşısında çıxış edən prezident miqrasiya mövzusuna toxunarkən əmin edib ki, o, ölkəyə gələrək işləyən insanları sevir. Hansılar ki, onlar da amerikalıları sevir, təhlükəsizliklərini və birliklərini istəyirlər.

"Mən istəyirəm ki, bu ölkəyə böyük insanlar gəlsinlər və istəmirəm ki, onlar belə gəlsinlər, necə ki, bunu indi edirlər. Mən töhfə (ölkənin inkişafına -red) verən insanları istəyirəm", - deyə Tramp bildirib.

O, amerikalıların qanunsuz miqrantların törətdikləri cinayətlərin qurbanı olmasından misallar gətirib. Daha sonra prezident döş cibindən kağız çıxarıb və zala müraciət edib: "Bu "ilan" adlanır və miqrasiya kontekstində bu haqda düşünün".

23.02.2018 23:58 / Baxılıb: 162 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo