Stiven Mnuçin: "Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik"

ABŞ Maliyyə nazirliyi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır.

Azadinform-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bəyan edib.

"Rusiya Federasiyasına qarşı sanksiyalar üzərində işləyirik və bir neçə həftə ərzində onları elan etmək niyyətindəyik”, deyə nazir bildirib.

Qeyd edək ki, bu gün ABŞ Maliyyə nazirliyi Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. 

23.02.2018 23:46 / Baxılıb: 202 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo