BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib

AZADİNFORM. Nazirlər Kabinetinin 19 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin magistratura səviyyəsinə yeni ixtisaslaşmalar əlavə edilib. 

BDU-nun Mətbuat və informasiya şöbəsindən Azadinform-a verilən məlumata görə, bunlar əqli mülkiyyət hüququ, tibb hüququ, əmək və sosial təminat hüququ, inzibati hüquq, inzibati proses, iqtisadi və maliyyə hüququ, idman hüququ, turizm hüququ ixtisaslaşmalarıdır.

Qeyd edək ki, Hüquq fakültəsinin magistratura səviyyəsində tədris Azərbaycan, rus, ingilis və alman dillərində aparılır. İndiyədək 11 ixtisaslaşma üzrə kadr hazırlığı aparılan fakültədə yeni tədris ilindən qəbul 17 ixtisaslaşma üzrə aparılacaq.

23.02.2018 22:32 / Baxılıb: 167 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo