Almaniyanın silahlarına ehtiyacımız yoxdur

“Sizin silahlara ehtiyacımız yoxdur”.

Azadinform DPA-ya istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil bin-Əhməd əl-Cubeyr Yəməndəki müharibədə tərəf olaraq iştirak etdiyi üçün Almaniyanın onlara silah satmaqdan imtina etməsi barədə qərara münasibət bildirərəkən deyib.

Nazir Almaniya ilə Səudiyyə Ərəbistanı arasında sıx münasibətin olduğunu xatırladaraq bildirib: “Bunlar siyasi, iqtisadi və təhlükəsizlik sahələri ilə bağlıdır. Ya Almaniya hərbi təchizat təminatçısı olur, ya da olmur. Almaniyanın Səudiyyə Ərəbistanına silah satması məsələsində problem varsa, biz bu məsələdə təkid etməyəcəyik. Sizin silahlara ehtiyacımız yoxdur. Başqa yerdən təmin edərik. Yəməndəki savaş qanunidir. Yəmən hökumətinin istəyi ilə bu ölkəyə müdaxilə etmişik. Bu müdafiə məqsədli savaşdır. Burada yanlış bir vəziyyət yoxdur. Almaniya Suriya və İraqda İŞİD-ə qarşı mübarizə aparan ölkələrə də silah satışını dayandıracaqmı? Əfqanıstanda da "Taliban"a qarşı mübarizə aparan bütün dövlətlərə qarşı da silah satışını dayandıracaqmı? Bu, çox əcaib mənzərə yaradar. Biz Yəməndə savaşın olmasını istəmirik. Bu, bizə sırınan bir müharibədir. Husi qiyamçıları hökumətə qarşı vuruşur. "Hizbullah"a bənzəyir, İranla yaxın əlaqəsi var. Husilərin ballistik raket əldə etməsi təhlükəsi ilə üz-üzəyik. Onlara bunu əldə etmələrinə icazə verməyəcəyik”.

Qeyd edək ki, Xristian Demokratlar İttifaqı/Xristian Sosialist İttifaqı ilə Sosial Demokratlar Partiyası arasında qurulacaq koalisiya hökumətinin protokolunda Yəməndəki savaşa müdaxilə edən ölkələrə Almaniyanın silah satmayacağı öz əksini tapıb. 

23.02.2018 22:17 / Baxılıb: 165 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo