Aİ-nin xüsusi nümayəndəsi Yerevanda Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

“Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsində ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini və təkliflərini dəstəkləyir”.

Azadinform Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar fevralın 23-də Yerevanda Ermənistan prezidenti Serj Sarqsyanla görüşündə vurğulayıb.

Məlumata görə, görüş iştirakçıları Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin dinc yolla tənzimlənməsi prosesini müzakirə ediblər.

23.02.2018 21:09 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo