Mərhumla "ünsiyyət" saxlamağa imkan verəcək texnologiya hazırlanır

"İnsanın elektron surəti" sadə məişət söhbətlərini dəstəkləmək qabiliyyətinə malikdir, amma tamamilə yeni məsələlər haqda suala cavab verə bilməyəcək, çünki proqramda məlumatların yenilənməsi nəzərdə tutulmayıb.

Azadinform “tass.ru” saytına istinadən yazır ki, isveçli proqramçılar insanlara öz mərhum qohum və tanışları ilə "ünsiyyət saxlamağa" imkan verəcək kompüter texnologiyası hazırlayır. Bu haqda İsveçin “Dagen” qəzeti yazır.

Konkret insanın şüurunu yenidən canlandıran və rəqəmli surətlər vasitəsilə dünyasını dəyişmiş şəxslərlə "ünsiyyət" saxlamağa imkan verən süni intellektin yaradılması ideyası bundan əvvəl “Qara güzgü” (Black Mirror) adlı elmi-fantastik serialda öz əksini tapmışdı.

"İlk öncə biz müştərilərimizin dəfn mərasimlərinin təşkili haqda suallarını cavablandıran danışıq proqramı yaratdıq – Stokholmda fəaliyyət göstərən “Feniks” dəfn bürosu şəbəkəsinin rəhbəri Şarlotta Runius nəşrə söyləyib. – Bu, bizi mərhumun səsinə oxşar səslə danışacaq "insanın elektron surəti" adlandırdığımız robotu yaratmağa sövq edib".

Dəfn bürosu proqramçılarla birgə ilk işlək nümunələrin yaradılması üçün 10 könüllü axtarır. Bu könüllülərin səsi onların ölümündən sonra yenidən səsləndirilmək üçün yazılacaq və proqram tərəfindən emal ediləcək.

İsveç proqramçılarının planı yalnız mərhumun danışığını imitasiya edə biləcək danışıq proqramının yaradılması ilə məhdudlaşmır. Onların növbəti addımı insanı vizual olaraq köçürəcək robot hazırlamaqdır.

23.02.2018 20:26 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo