Dimitri Cavaxadze: Azərbaycanın mükəmməl seçki qanunvericiliyi və zəngin təcrübəsi var

Azərbaycanın mükəmməl seçki qanunvericiliyi və zəngin təcrübəsi var. İnanıram ki, Azərbaycanda 11 aprel prezident seçkiləri yüksək səviyyədə, beynəlxalq standartlara uyğun keçiriləcək.

Bu sözləri Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Dimitri Cavaxadze söyləyib. O deyib: Azərbaycanda seçki mühiti yüksək səviyyədədir. Ona görə də inanıram ki, prezident seçkiləri yüksək səviyyədə, azad və şəffaf keçiriləcək.

Dimitri Cavaxadze qeyd edib ki, Gürcüstan MSK-nın üzvləri Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər. (azərtac)

23.02.2018 19:58 / Baxılıb: 207 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo