Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

Samir Soltanov/AZADİNFORM. Prezident İlham Əliyev Estoniya dövlət başçısı xanım Kersti Kalyulayda təbrik məktubu ünvanlayıb. 

Azadinform xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli xanım Prezident, Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir. 

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

23.02.2018 18:04 / Baxılıb: 161 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo