Mikayıl Cabbarov Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Bu gün vergilər naziri Mikayıl Cabbarov Qətər dövlətinin Azərbaycandakı səfiri Yusif bin Həsən əl-Sainlə görüşüb.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin mühüm əhəmiyyəti qeyd edilib, Azərbaycan ilə Qətər dövləti arasında əlaqələrin bütün sahələr üzrə inkişafının vacibliyi vurğulanıb. 
Söhbət zamanı Qətər şirkətlərinin Azərbaycandakı fəaliyyətindən məmnunluq ifadə edilib və qarşılıqlı sərmayələrin genişləndirilməsinin hər iki ölkənin maraqlarına uyğun olduğu qeyd edilib.

23.02.2018 18:12 / Baxılıb: 178 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo