Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilib

Samir Soltanov/AZADİNFORM. Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib. 

Azadinform xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilir ki, fevralın 24-dən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır”, - deyə məlumatda qeyd olunub.

23.02.2018 17:13 / Baxılıb: 222 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    24.06.2018
    23.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo