Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiq olundu

Leyla Məhərrəmova / AZADİNFORM. Azərbaycanda 15 yaşdan aşağı vətəndaşlar üçün şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsinə görə dövlət rüsumu tətbiq olunacaq.

Azadinform xəbər verir ki, bununla bağlı Milli Məclis bu gün keçirilən iclasda “Dövlət rüsumları haqqında” qanuna dəyişiklikləri təsdiq edib.

Dəyişikliklərə əsasən, 15 yaşdan aşağı vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üçün rüsumlar aşağıdakı kimi olacaq:

- 10 iş günü ərzində veriləcəyi təqdirdə - 4 manat;

- 3 iş günü ərzində veriləcəyi təqdirdə - 20 manat;

- 1 iş günü ərzində veriləcəyi təqdirdə - 25 manat.

Hazırkı qanunvericiliyə əsasən 15 yaşdan aşağı şəxslər şəxsiyyət vəsiqəsinin alınması və dəyişdirilməsi üçün dövlət rüsumundan azaddır.

Qeyd edək ki, 15 yaşdan yuxarı şəxslər üçün bu rüsumlar müvafiq olaraq 5, 25 və 35 manat təşkil edir. Dəyişikliklər 15 yaşdan yuxarı şəxslərə şamil olunmayacaq.

Dəyişikliklər qəbul olunacağı təqdirdə bu qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minəcək.

23.02.2018 16:52 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo