Binəqədidə Xocalı soyqırımı qurbanları anılıb Fotolar

Samir Soltanov/AZADİNFORM. Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Mərkəzi Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 26-ci ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirilib. 

RİH-dən Azadinform-a verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavin Aygün Əliyeva, Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsinin müstəntiqi, Ədliyyə Polkovnik leytenantı Vaqif  İsmayılov, Prezident yanında  Dövlət İdarəçilik Akademiyasının professoru, Tarix elmləri doktoru, əməkdar müəllim Musa Quluzadə, Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı, Xocalı sakini Şəkibə Novruzova, BRİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, rayon ictimaiyyətinin nümayəndələri, ASAN Könüllülər iştirak etdilər. Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanıldı. 
Tədbirin aparıcısı Xocalı faciəsi haqqında məlumat verdikdən sonra çıxış üçün söz Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsinin müstəntiqi, Ədliyyə Polkovnik leytenantı Vaqif  İsmayılova verildi. Vaqif İsmayılov Ermənistan rəsmilərinin münaqişə zamanı törətdikləri cinayətləri ört-bastır etdiklərini, Xocalı əhalisinə qarşı amansız vəhşiliklərə görə məsuliyyəti inkar etdiklərini, faktları saxtalaşdırmağa çalışdıqlarını dedi. Daha sonra çıxış üçün söz Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı  Xocalı sakini Şəkibə Novruzovaya verildi. Şəkibə Novruzova həmin günlərin hər kəsin qəlbində və xatirələrində əbədi yaşayacağını söylədi. Natiq indi Azərbaycanın güclü rəhbəri və güclü ordusu olduğunu, düşmənlərin tezliklə layiqli cavablarını alacağına inandığını dedi. Azərbaycan  Respublikasının  Prezidenti Yanında  Dövlət İdarəçilik  Akademiyasının  Professoru, Tarix elmləri doktoru, əməkdar müəllim  Musa Quluzadə Xocalı Soyqırımının  20-ci əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biri olduğunu, bu faciənin sadəcə Azərbaycan əhalisinə qarşı törədilmədiyini, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayət olduğunu bildirdi.

Çıxır üçün nitqində Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bu gün Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması üçün ölkəmiz tərəfindən böyük işlər görüldüyündən danışdı. Natiq Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanıdılması üçün həyata keçirilən “Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının bu səpkidə atılan ən böyük addımlardan olduğunu dedi. Aygün Əliyeva Aprel döyüşlərində ordumuzun göstərdiyi əzmin xalqımıza zəfərin düşmənə isə məğlubiyyətin yaxın olduğunu hiss etdirdiyi fikrini səsləndirdi .

Sonda tədbir iştirakçılarına  Binəqədi Mərkəzi Mədəniyyət evinin “Poeziya dərnəyi”nin ifasında Mətanət Ulu Şirvanlının əsərinin motivləri əsasında hazırlanmış  “And iç əsgər” kompozisiyası təqdim edildi.

23.02.2018 16:25 / Baxılıb: 324 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.06.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo