FHN Akademiyasında Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib Fotolar

Samir Soltanov/AZADİNFORM. Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə, Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. 
Akademiyanın rəisi general-mayor Pənah Süleymanov 366-cı motoatıcı alayın iştirakı ilə erməni-daşnak millətçiləri tərəfindən Xocalıda dinc sakinlərə qarşı həyata keçirilmiş soyqırımı aktının XX əsrin ən böyük cinayətlərindən biri olduğunu qeyd edib. Bu cinayətin erməni millətçilərinin Azərbaycan xalqına qarşı reallaşdırdıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu nəzərə çatdıran Akademiya rəisi baş vermiş soyqırımına beynəlxalq hüquq müstəvisində qiymət veriləcəyinə əmin olduğunu bildirib. 
P. Süleymanov Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və bu vəhşi akt haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, sözügedən qanlı hadisənin soyqırımı kimi tanınması üçün Azərbaycan prezidenti İlham Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib. 
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Xocalı soyqırımının bəşər tarixində törədilmiş ən qanlı faciələrdən olduğunu diqqətə çatdırıb və cinayətin səbəbkarlarının layiqli cəzalarını alacaqlarına əminliyini ifadə edib. O, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən bəhs edib.  
Toplantının sonunda Xocalı faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub.

23.02.2018 16:12 / Baxılıb: 186 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
16.12.2018
15.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo