Bu qərar Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına müsbət təsir etməyəcək

Samir Soltanov/AZADİNFORM. “Niderlandın 1915-ci il hadisələrini “soyqırım” kimi tanıması düzgün həll variantlarına heç bir şəkildə xidmət etməyəcək”. 

Azadinform xəbər verir ki, bunu Türkiyənin Avropa İttifaqı naziri Ömər Çəlik bildirib. O qeyd edib ki, buradan bir daha görünür ki, Niderland parlamenti mövzu ilə bağlı dəqiq məlumatlara sahib deyil: “Belə bir qərar heç vaxt Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına müsbət təsir etməyəcək. Məsələ ilə bağlı Türkiyənin mövqeyi aydındır. O vaxt prezident Rəcəb Tayyib Ərdoğan bildirdi ki,  Tarix Komissiyası yaradılsın, hər iki tərəf də arxivlərini açsın və arxivlərin açılması ilə ortaya çıxan qərara hər kəs hörmət göstərsin. Amma Ermənistan Konstitusiya Məhkəməsi belə bir qərardan imtina etdi. Dialoqa yanaşmayan tərəf Ermənistan oldu”.

23.02.2018 15:40 / Baxılıb: 235 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo