Spiker deputatla razılaşmadı Strateji ərzaq üstə

Leyla Məhərrəmova / AZADİNFORM. “Məktəbli formasının standarta uyğun olması vacibdir”.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli Parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu məktəblinin sağlamlığına təsir göstərən amildir. Deputat həmçinin, çörəyin tərkibinin də standartlara uyğun olmasının vacib olduğunu qeyd edib. Ə. Məsimli bildirib ki, çörək bizdə strateji ərzaqdır və onun keyfiyyət göstəricilərinə diqqət yetirmək lazımdır.

Qeyd edək ki, deputatın çıxışına münasibət bildirən spiker Oqtay Əsədov həmkarı ilə razı olmadığını deyib: “Siz deyirsiniz ki, bizdə strateji ərzaq çörəkdir. Lakin bizdə ət və süd də strateji ərzaq hesab olunur”.

23.02.2018 14:00 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo