Bayramqabağı bahalaşma nəzarətə götürülməlidir

Leyla Məhərrəmova / AZADİNFORM. Novruz bayramı yaxınlaşdıqca xüsusən də  əhalinin gündəlik tələbat mallarının qiyməti bahalaşmaqdadır.

Azadinform  xəbər verir ki, bunu Milli Məclisin deputatı Fərəc Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qarşıdan Novruz bayramı gəlir və adətən bayramqabağı bazarlarda qiymət artımı artıq müşahidə olunmaqdadır.

F. Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir: “Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları manapolistlərə qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

23.02.2018 13:30 / Baxılıb: 379 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo