Ət tutmayan quzu və buzovlar kəsilir Deputat vurulan ziyandan danışdı

Leyla Məhərrəmova / AZADİNFORM. Ölkədə mənşəyi məlum olmayan heyvandarlıq məhsulları satışa çıxarılır və həmin məhsulların görüntüləri televiziyada yayımlanır. Televiziyada cəmdəkləri görən insanlar bundan qorxuya düşür, başqa ətləri də almaq istəmir.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev plenar iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu cür məhsulları satan insanlarla bağlı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə heç bir məlumat verilmir.

Deputat təklif edib ki, yaxşı olar ki, mütəxəssislər həmin satıcılara qarşı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə məlumat versinlər və insanlarda da bu məsələ ilə bağlı əminlik yaransın.

O həmçinin deyib ki, son zamanlar 6-7 kiloqramlıq quzu və 50 kiloqramlıq buzovların kəsilməsi kütləvi hal alıb. Deputat bunu mənfi hal kimi qiymətləndirib: “Belə ətin insanın sağlamlığı üçün faydalı olduğunu deyirlər. Lakin hesab edirəm ki, bu heyvanlar hələ yetişməlidir və ət tutmalıdır. Bu kimi hallar bizim heyvandarlığımıza ziyan vurur”.

23.02.2018 13:10 / Baxılıb: 286 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo