MM-də təklif: Ortaq türk tarixi dərsi tədris edilsin

Leyla Məhərrəmova / AZADİNFORM. Türkiyə və Azərbaycanda təhsil alan tələbələrin diplomlarının qarşılıqlı olaraq tanınması vacibdir.

Azadinform xəbər verir ki, bunu “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsində deputat Qənirə Paşayeva deyib.

Deputat təhsillə bağlı təklif irəli sürüb. O təklif edib ki, təhsil müəssisələrində ortaq türk tarixi ilə bağlı dərs tədris edilsin: “Fikrimcə, ortaq tariximizlə bağlı dərsin tədris edilməsinə böyük ehtiyac var”.

23.02.2018 13:00 / Baxılıb: 198 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo