Məcəlləyə dəyişiklik nəticəsində 1500 məhkumun azad olunması gözlənilir

Leyla Məhərrəmova / AZADİNFORM. Cinayət Məcəlləsinə edilən dəyişikliyin 2017-ci ilin dekabrın 1-dən qüvvəyə minməsi nəticəsində məhkəmələrə 4000-dən artıq təqdimat daxil olub.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Parlamentin plenar iclasında deyib.

Onun sözlərinə görə, bu təqdimatlar nəticəsində 479 məhkum azad edilib, 585 məhkumum məhkumluq müddəti azaldılıb, 59 məhkumun isə rejimi dəyişdirilib: “Hazırda 1700 təqdimat məhkəmələrdədir və onlara baxılır. Məcəlləyə dəyişikliklər nəticəsində 5 min məhkum barədə təqdimatın məhkəmələrə göndərilməsi gözlənilir”.

Ə. Hüseynli əlavə edib ki, ümumilikdə Məcəlləyə dəyişiklik nəticəsində 1500 məhkumun azad olunması gözlənilir: “Bundan əlavə olaraq minlərlə insanın cəzası yüngülləşdiriləcək”. 

Komitə sədri əlavə edib ki, Amnistiya aktları zamanı da 1500-2000 məhkum azad edilir və minlərlə məhkuma Amnistiya qanunu şamil olunur: “Ona görə də biz Cinayət Məcəlləsinə edilən bu dəyişiklikləri Amnistiya səviyyəli bir qanun adlandıra bilərik”.

23.02.2018 12:44 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo