Spiker: Avropa Parlamentində Xocalı faciəsi ilə bağlı bəyanat hazırlanır

Leyla Məhərrəmova / AZADİNFORM. Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı sənəd hazırlanır.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin sədri Oqtay Əsədov Xocalı soyqırımı ilə bağlı hazırlıq işləri barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, hazırda parlamentin 20-dən artıq deputatı Xocalı soyqırımının ildönümü ilə əlaqədar müxtəlif ölkələrdə səfərdədirlər.

“Elə bu iclasdan sonra da xeyli sayda deputatlarımız xarici ölkələrdə olacaq. Mili Məclisdə də bununla bağlı işlər gedir. Avropa Parlamentində də Xocalı ilə bağlı bəyanat hazırlanır”, - deyə O. Əsədov bildirib.

23.02.2018 12:26 / Baxılıb: 182 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo