YAP iqtidara gəldiyi dövrdən siyasi baxışlarına görə heç kim məsuliyyətə cəlb edilməyib

Leyla Məhərrəmova / AZADİNFORM. Prezident tərəfindən cəza siyasətinin yüngülləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Cəza siyasətinin yüngülləşdirilməsi nəticəsində 1500 nəfərin cəzasının yüngülləşməsi prosesi başlayıb. Bunun özü bir amnistiya aktı kimidir.

Azadinform xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Parlamentin plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu Heydər Əliyev siyasətinin əsas amalıdır. Deputatın sözlərinə görə, YAP-ın siyasəti bundan ibarətdir ki, Azərbaycanda siyasi baxışlarına görə heç kim məsuliyyətə cəlb edilmir: “Düzdür, digərlərinin hakimiyyətdə olduğu dövrlərdə repressiyalar olub. Lakin ümummilli lider və YAP iqtidara gəldiyi dövrdən siyasi baxışlarına görə heç kim məsuliyyətə cəlb edilməyib. Hər bir şəxs törətdiyi cinayətə görə məsuliyyətə cəlb  edilir”. 

Deputat əlavə edib ki, bəzən özünün və digər həmkarlarının adından mətbuatda müxtəlif səpkili baxışlar tirajlanır: “Mən bir daha vurğulayıram ki, Azərbaycanda siyasi məhbus yoxdur, bu və ya digər cinayətə görə məsuliyyətə cəlb edilənlər, həbs edilənlər var. Azərbaycanda qanunun aliliyi hər şeydən üstündür. Prezident cəza siyasətini yüngülləşdirməklə sübut etdi ki, Azərbaycanın dövlət siyasəti ən humanist siyasətdir”.

23.02.2018 12:16 / Baxılıb: 310 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo