Azərbaycan mövqeyində qaldı UEFA reytinqi

Samir Soltanov/AZADİNFORM. Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Azadinform xəbər verir ki, keçirilən matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb. 
Bolqarıstan, Serbiya, Qazaxıstan və Şotlandiya təmsilçilərinin turnirdə mübarizəni dayandırması Azərbaycanın işinə yarayıb. 23-cü sırada olan ölkəmizdən aşağı pillələrdə qərarlaşanlar son təmsilçisini itirdiyindən mövqeyimizin toxunulmaz qalacağı rəsmiləşib. Düzdür, Bolqarıstan Azərbaycana çatıb. Lakin əlavə göstəricilərdə 23-cü yerdə ölkəmiz qərarlaşıb və bu mövqe mövsümün sonunadək dəyişməyəcək. 
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 19.975 xalı var.

23.02.2018 10:20 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.03.2019
     
    2019 All right reserved www.azadinform.az Powered by Danneo