Qəbələdə 3, Yasamalda 2 otaqlı ev yanıb

Adəm Abbaslı/AZADİNFORM. Qəbələdə yanğın hadisəsi qeydə alınıb.

FHN-dən Azadinform-a verilən məlumata görə, Qəbələ rayonunda ümumi sahəsi 128 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları, ev əşyaları və ona bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Bitişik digər evlər yanğından mühafizə olunub. 

Bakıda da yanğın olub.

Məlumata görə, paytaxtın Yasamal rayonunda ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin mətbəxində ev əşyaları yanıb və yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 6 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın söndürülüb.

23.02.2018 09:00 / Baxılıb: 124 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo