Zərrabın vəkillərindən gözlənilməz addım

ABŞ-da həbsdə olan tanınmış biznesmen Rza Zərrabın vəkilləri gözlənilməz qərar alıblar.
Azadinform xarici KİV-ə istinadən xəbər verir ki, iş adamının vəkilləri Şeyma Yıldırım və Aytən Yılmaz istefa veriblər.

Məlumat üçün bildirək ki, R.Zərrab Türkiyədə olduğu zamanlarda onu təhqir edənlərə qarşı məhkəməyə müraciət etmişdi. Məhkəmə proseslərində Zərrabın hüquq müdafiəçiləri Ş.Yıldırım və A.Yılmaz idi.

Qeyd edək ki, korrupsiya və rüşvətxorluqda ittiham edilən biznesmen iki ildir ABŞ-da həbsdədir.

22.02.2018 23:36 / Baxılıb: 222 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo