Sankt Peterburqda terror aktının qarşısı alınıb

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Sankt Peterburqda terror aktının qarşısı alınıb.  

Azadinform-un xəbərinə görə, bu barədə FTX-nın mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, saxlanılan Orta Asiya respublikalarından birinin vətəndaşı olan şəxs nəqliyyat infrastrukturuna aid obyektlərə və insanların çox olduğu digər ictimai yerlərə  hücumlar törətməyi  planlaşdırırmış.  

FTX-nın hazırda əməliyyat- axtarış və istintaq tədbirlərini davam etdirdiyi bildirilir. Saxlanılan şəxsin kimliyi hələlik açıqlanmır. 

22.02.2018 22:32 / Baxılıb: 158 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo