Rusiya prezidenti Azərbaycanın müdafiə naziri ilə görüşüb

Rusiya prezidenti Vladimir Putin Dövlət Kreml sarayında Vətən Müdafiəsi günü münasibəti ilə keçirilən təntənəli gecəyə dəvət olunan Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın müdafiə idarələrinin rəhbərləri ilə görüşüb.

Azadinform xəbər verir ki, bu barədə Rusiya prezidentinin saytı məlumat yayıb.

Putin Zakir Həsənova dövlət təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıb

Putin görüş zamanı ölkələr arasında hərbi sahədə olan qarşılıqlı etimadın dəyərini qeyd edib:

"Sizin, bir paqon gəzdirən insan kimi, silahlara, orduya, dövlətin bütün güc komponentlərinə xüsusi münasibətiniz var. Siz buna nə dərəcədə diqqətli yanaşmalı olduğunu və hərbi iş kimi həssas sahədə etimadın necə yüksək qiymətləndirildiyini hamıdan daha yaxşı bilirsiniz.

Kimin üçün ki, silahlı qüvvələrin inkişafı ilə əlaqəli olan 23 fevral tarixi gündür, onları ikiqat təbrik edirəm. Hamınıza, hərbçilərinizə, xalqlarınıza ən xoş arzularımı diləyirəm. Sizlərə öz dövlətinizin təhlükəsizliyini təmin etməkdə uğurlar arzulayıram".

22.02.2018 22:05 / Baxılıb: 171 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo