Slovakiyada böyük uşaq qrupunu maşın vurub, 12 yaralı var

Slovakiyanın şimal-şərqində yerləşən Poprad şəhəri yaxınlığında naməlum sürücü minik avtomobili ilə yaşı 5-12 aralığında olan böyük uşaq qrupunu vurub. Nəticədə 12 uşaq yaralanıb.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu jurnalistlərə polis nümayəndəsi Daniel Cobanik deyib.

"Kejmarok şəhərindən olan sürücü hadisə nəticəsində əməli olaraq heç bir xəsarət almayıb, onun qanında spirt aşkar olunmayıb. Belə görünür ki, onun maşını dönərkən sürüşüb, nəticədə maşın tavanı üstə çevrilib və yaxınlıqdan keçən qaraçı uşaqlarından ibarət böyük bir qrupu vurub", - deyə Cobanik bildirib.

Polisin məlumatına görə, uşaqlardan ikisi ağır yaralanıb, 4-nün xəsarəti orta-ağırdır, qalan 3 nəfərin xəsarəti yüngüldür.

Onun sözlərinə görə, uşaqlara yardım üçün iki vertolyot və bir neçə "təcili yadım" maşını hadisə yerinə cəlb olunub. Bütün xəsarət alanlar Poprad rayon xəstəxanalarına yerləşdirilib.

22.02.2018 21:36 / Baxılıb: 151 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    21.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo