Mənzildən qadın meyiti tapılıb - Gəncədə

AZADİNFORM. Gəncədə mənzildən 65 yaşlı qadın meyiti tapılıb.

Fövqəladə Halar Nazirliyindən Azadinform-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Yusubova Solmaz İslam qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​

22.02.2018 16:10 / Baxılıb: 194 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo