Əsəd rejimi terrorçulara dəstək versə hədəfə alınacaq

Samir Soltanov/AZADİNFORM. “Türkiyə bölgədəki terror təşkilatlarını və bunlara məxsus terrorçuları tamamilə təmizləyənə kimi mübarizəsini davam etdirəcək”. 

Azadinform xəbər verir ki, bu barədə Türkiyə Baş nazirinin müavini və Hökumət sözçüsü Bəkir Bozdağ bildirib. O qeyd edib ki, əgər orada Əsəd rejimi cild dəyişdirərək YPG/PYD forması ilə Afrinə girsələr, onlar da hədəfə alınacaq: “Bu terror təşkilatları ilə birgə Türkiyə ordusuna qarşı kim mübarizəyə qoşulsa, onlar da bizim qarşımızda hədəf olacaq”. 
B. Bozdağ qeyd edib ki, bu günə kimi əməliyyat zamanı nəyinki həyatını itirən, heç burnu qanayan dinc sakin də olmayıb: “Türkiyənin terrorçuları zərərsizləşdirməsi və bu bölgədən çıxartması Suriyanın müstəqilliyinə, sabitliyinə verdiyi çox böyük bir dəstəkdir”.

22.02.2018 13:53 / Baxılıb: 179 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo