Tramp müəllimləri silahlandırmağı təklif edib

Ləman Hüseynzadə / AZADİNFORM. ABŞ prezidenti Donald Tramp Florida ştatındakı məktəblərdən birində 17 nəfərin öldürüldüyü silahlı hücumla əlaqədar müəllimlərin silahlandırılması təklifini irəli sürüb.

Azadinform xəbər verir ki, ölkə başçısı şagird və müəllim heyəti ilə görüşü zamanı çıxış edərkən qeyd edib ki, əgər müəllimlər silahla təchiz edilərsə bu cür hücumların qarşısı alınar: “Əgər müəllimlərimizdən biri silahdan istifadə edə bilsəydi hücumu daha tez bir şəkildə yatırda bilərdi. Müəllimlər üzərilərindəki silahı gizli şəkildə daşıya bilərdilər. Onlar xüsusi təlim keçərdilər və bu halda məktəbdə daha silahdan azad zonalar olmazdı. Təklif edirəm ki, təhsil müəssisələrinin ərazisində təhlükəsizliyi təmin edən işçilər qismində silahlarla necə davranmağı bilən köhnə hərbi qulluqçuların məktəblərdə işə cəlb edilsin. Cinayətlər çox vaxt belə “azad zonalarda” baş verir, çünki canilər burada onlara cavab atəşinin açılmayacağını dərk edirlər”.

22.02.2018 13:40 / Baxılıb: 228 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo