Zakir Həsənov Belarusa səfər edib

Samir Soltanov/AZADİNFORM. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib. 

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, belaruslu həmkarı, general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır. 

Bundan əlavə, Z. Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

22.02.2018 13:20 / Baxılıb: 150 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo