Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən törədilib

“Sumqayıt hadisələri Ermənistan və SSRİ xüsusi xidmət orqanları tərəfindən hazırlanaraq törədilmiş təxribat idi”. 

Məlumata görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Sumqayıt hadisələrinin 30-cu ildönümü münasibətilə XİN-də keçirilən mətbuat konfransında bildirib. H. Hacıyev deyib ki, bu təxribata əl atmaqla sübut etməyə çalışdılar ki, ermənilərlə azərbaycanlıların birgə yaşaması mümkün deyil: “Sumqayıt hadisələri qəsdən törədilmiş təxribat idi”. 

XİN sözçüsü xatırladıb ki, 1980-ci illərin sonlarında Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürərək hərbi gücə əl atdı, etnik təmizləmə siyasəti aparmağa başladı: “Ermənistan ərazisində, eləcə də Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində mülki azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törədildi. Ümumilikdə bir milyondan artıq azərbaycanlı evindən didərgin düşdü. Ermənistan tərəfindən Azərbaycana qarşı müxtəlif səpkili provokasiyalar həyata keçirildi. Ermənistan xüsusi xidmət orqanları, erməni terror təşkilatları nəqliyyat vasitələrində müxtəlif terror aktları törətdilər və minlərlə azərbaycanlı həyatını itirdi. 1988-ci ilin fevralında Sumqayıt hadisələri bunun kulminasiya nöqtəsi idi. Sumqayıtda 15-dən artıq müxtəlif millətlərin nümayəndələri, o cümlədən ermənilər yaşayırdı. Bu hadisələrlə bağlı Ermənistan tərəfindən cinayət içi açıldı, lakin məntiqi sonluğa çatdırılmadı. Azərbaycan prezidenti tərəfindən Sumqayıt hadisələrinin təkrar araşdırılması üçün tapşırıq verilib. Baş Prokurorluq tərəfindən istintaq tədbirləri aparılır. Bu və Dağlıq Qarabağdakı hadisələrə görə məsuliyyət Ermənistan siyasi hərbi rəhbərliyinin üzərinə düşür. Biz bundan sonra da ermənilərin törətdiyi provokasiyaların, cinayət və soyqırım əməllərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün əlimizdən gələni edəcəyik”. (apa)

22.02.2018 10:47 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    11.12.2018
    10.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo