Putin MDB ölkələrinin nümayəndə heyətləri ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin fevralın 22-də Vətən Müdafiəsi Günü münasibəti ilə MDB ölkələri, eləcə də, Venesuela, Qətər və Serbiyanın xarici nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək.

Azadinform RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Fevralın iyirmi ikisində Vladimir Putin Vətən Müdafiəsi Gününə həsr olunmuş təntənəli gecədə iştirak edəcək. O, Dövlət Kreml Sarayında Azərbaycan, Venesuela, Qazaxıstan, Qətər, Monqolustan, Serbiya, Özbəkistan, Belarus, Qırğızıstan və Ermənistanın nümayəndə heyətləri ilə görüşəcək, həmçinin hərbçiləri, müki personalı və ordu veteranlarını bayram münasibəti ilə təbrik edəcək", - deyə məlumatda bildirilir.

21.02.2018 23:12 / Baxılıb: 160 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo