Saakaşviliyə 2021-ci ilədək Ukraynaya daxil olmaq qadağan edilib

Ukraynanın Sərhəd Xidməti  2021-ci il, fevralın 13-dək Odessa vilayətinin sabiq qubernatoru  Mixeil Saakaşvilinin ölkəyə girişini qadağan edib.

Azadinform-un xəbərinə görə, bu barədə “İnterfaks-Ukrayna” məlumat verib.

Xidmətdən bildiriblər ki, fevralın 12-də məhkəmə qərarları ilə Ukraynada qanunsuz yaşayan M.Saakaşvili readmissiya olunub.

M. Saakaşvilinin vəkili bu qərarı qanunsuz hesab edərək  şikayət veriləcəyini bildirib. 

21.02.2018 22:17 / Baxılıb: 157 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo